"Tokio-2020"nin ləğv edilməsi üçün səbəb açıqladı - Baş nazir

Yaponiyanın baş naziri Yoşihide Suqa Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi üçün ilkin səbəbi açıqlayıb.

Sport7.az xəbər verir ki, nazir bunun təhlükəsizliklə bağlı olduğunu bildirib. Suqa bildirib ki, insanların həyatını qorumaq onun borcudur: "Bunu edə bilmiriksə, Oyunları keçirməyəcəyik. Bu, mənim məsuliyyətimdir. İnsanların həyatını qoruya bilməsəm, deməli, olimpiada gerçəkləşməyəcək. Təbii ki, bu, ilkin şərtdir".

Hazırda Yaponiyada koronavirus səbəbindən çətin epidemioloji vəziyyət davam edir. Ölkədə fövqəladə vəziyyət rejimi iyunun 20-dək uzadılıb.

Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR