Tokioda Azərbaycanı təmsil edəcək daha 5 idmançı müəyyənləşdi

Tokioda Azərbaycanı təmsil edəcək daha 5 idmançı müəyyənləşdi

Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək daha 5 idmançının adları açıqlanıb.
 
Sport7.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandansının üzvləri Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli və Yelena Çebanu Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizin şərəfini qoruyacaqlar.

Sonuncu Açıq Avropa çempionatında uğurla iştirak etmiş idmançılarımız, eləcə də reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş Çebanu Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak hüququnu qazanıblar.

Beləliklə Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək atletlərimizin sayı 8-ə çatıb. Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev daha öncə Dünya çempionatında göstərdikləri  nəticələrə görə Oyunlara iştirak hüququ qazanmışdırlar.

Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Oluxan Musayev, Samir Nəbiyev və Elvin Astanov nüvə itələmə, Elmir Cəbrayılov və Yelena Çebanu qaçış, Kamil Əliyev və Səid Nəcəfzadə uzunluğa tullanma, Həmid Heydərli isə nizə atma növündə iştirak edəcəklər.
Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 18 lisenziya əldə ediblər. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 1-i pauerliftinq növündəndir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR