Tokioda keçirilməsi planlaşdırılan marafon təxirə salındı

Tokioda keçirilməsi planlaşdırılan marafon təxirə salındı

2021-ci il martın 7-də Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan marafon təxirə salınıb.

Sport7.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Turnirin 2021-ci il oktyabrın 17-də keçirilməsi qərara alınıb. Marafonla bağlı tədbirlər martın əvvəllərində bir həftə ərzində baş tutacaq. Bunlara iştirakçılar üçün virtual marafon və Tokioda keçiriləcək atletika yarışları daxil olacaq.

Bu ilk Tokio marafonu martın 1-də gerçəkləşib. Koronavirusun yayılması səbəbindən həvəskar qaçışçıların iştirakı olmadan keçirilmiş yarışa 200 peşəkar idmançı qatılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR