“Topaz”ı “CBC Sport”a niyə qurban veriblər? – FOTOLAR

“Topaz”ı “CBC Sport”a niyə qurban veriblər? – FOTOLAR

Azərbaycanda bir deyim yarızarafat, yarıgerçək dillər əzbərinə çevrilib. Bir çox məsələlərin tənqid və ya tərifi zamanı "analoqu olmayan” təyinindən istifadə edirik. Reallıqlar, ətafımızda baş verənlər də bu deyimin çox yerinə düşdüyünü göstərik. Həqiqətən də bir çox məsələlərdə bizim analoqumuz yoxdu. 

Sport7.az
-ın indi nəzərinizə çatdıracağı bir məqamdan sonra buna bir daha əmin olacaqsız. Bildiniz kimi, Azərbaycan Premyer Liqasının sponsoru "Topaz” mərc şirkətidi. Azərbaycanda qanuni mərc oyunlarının təşkilatçısı olan bu şirkət rəsmi şəkildə öz qazancından AFFA-ya pul ödəməklə yanaşı, ölkə çempionatına da sponsorluq edir. Qarşılıqlı razılaşmaya görə Premyer Liqa oyunları zamanı stadionlarda mərc şirkətinin adı əks olunmuş reklam bannerləri yer almalı, çempionat "Topaz Premyer Liqası” adlandırılmalıdı. Dəfələrlə şahidi olmuşuq ki, həmin razılaşmanın birinci hissəsinə doğru-düzgün əməl olunmur. Stadionlarda öz sponsorlarının, tərəfdaşlarının, klub saytlarının adlarını səxavətlə reklam edən klublarımız "Topaz”a qarşı qısqanc davranırlar. Son illərdə AFFA-nın keçirdiyi yarışların, əməkdaşlıq etdiyi şirkətlərin də təbliğatı artırılıb. Belədə "Topaz” ümumiyyətlə kölgədə qalıb. Çempionatın birinci dövrəsinin yarıdan çoxu "Topaz”ın bannerləri olmadan keçirildi. Səbəb kimi yeni bannerlərin hələ hazır olmaması göstərilirdi. "Rəvan”ın "ev oyunları”nı keçirdiyi "Bayıl Arena”nı isə AFFA-nın "Bakcell”ə birgə təşkil etdiyi futbol məktəblərinin bannerləri bəzəyir. 

Son zamanlar diqqətimizi daha bir məqam çəkdi. Qış fasiləsində ölkədən kənara çıxmayan klublar üçün turnir keçirildi və həmin yarışa "CBC Sport kuboku” adı qoyulmuşdu. Turnirin oyunları zamanı komandalar meydana çıxarkən üzərində telekanalın adı yazılmış "stand”ın üzərindən topu götürürdülər. Yarışın əsas tərəfdaşı "CBC Sport” olduğu üçün burda qəribə heç nə yoxdu. Amma sonradan eyni prosedur Premyer Liqa oyunları zamanı tətbiq olunmağa başladı. İşin qəribə və analoqu olmayan tərəfi də budu. Çünki Azərbaycan çempionatı "CBC Sport Azərbaycan Premyer Liqası” yox, "Topaz Premyer Liqası”dı. Deməli, məntiqlə topun götürüldüyü "stand”ın üzərinə "CBC Sport” yox, "Topaz” yazılmalıydı. Aşağıdakı fotolarda gördüyünüz kimi, İngiltərədə topun götürüldüyü "stand”ın üzərinə "Barclays”ın, Türkiyədə "Spor Toto”nun, Rusuyada isə "ROSQOSSTRAX”ın adı yazılır. 

İlk baxışdan xırda məqam kimi görünə bilər. Amma fakt faktlığında qalır. Premyer Liqanın yeganə sponsoru olan "Topaz”ı Elxan Məmmədovun inhisarçı telekanalına qurban veriblər. "Niyə"sini özləri desinlər. 



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR