"Tottenhem"in baş məşqçi postuna namizəddi

"Tottenhem” gələn mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.

Sport7.az xəbər verir ki, London təmsilçisi bu posta ilk namizədini müəyyənləşdirib.

Klub rəhbərliyi komandanı hazırda "Fulhem”i çalışdıran Skott Parkerə tapşırmaq niyyətindədir. Paytaxt təmsilçisi 40 yaşlı mütəxəssisin böyük potensiala sahib olduğunu düşünür. Üstəlik, Parker 2011-2013-cü illərdə "Tottenhem”in formasını geyinib.

Aprelin 19-da Joze Mourinyonu istefaya göndərən "Tottenhem” müvəqqəti olaraq baş məşqçi postuna Rayan Meysonu təyin edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR