Türk futbolçular azərbaycanlı azarkeşlərdən dəstək istədi - VİDEO

Türk futbolçular azərbaycanlı azarkeşlərdən dəstək istədi - VİDEO

Türkiyə millisinin futbolçuları AVRO-2020-nin Bakıdakı oyunları üçün azərbaycanlı azarkeşlərdən dəstək istəyib.

Sport7.az xəbər verir ki, bu barədə AFFA-nın fesybuk səhifəsində paylaşım edilib.

"Ay-ulduzlular"ın qapıçısı Altay Bayındır və yarımmüdafiəçisi Okay Yokuşlu videomüraciət yolu ilə tərəfdarlara səslənib. Onlar azarkeşlərdən Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmalarda yığmanı yalnız buraxmağı xahiş ediblər.

Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR