Türkiyə AVRO-2020-də xal qazanmadı, amma pul qazandı

Türkiyə AVRO-2020-də xal qazanmadı, amma pul qazandı

Türkiyə millisinin Avro-2020-də çempionatından qazancı bəlli olub.

Sport7.az xəbər verir ki, UEFA turnirdə iştirak edən 24 komandanın hər birinə 9,25 milyon avro ödəyəcək. Qrup mərhələsindəki qələbəyə görə 1,5 milyon avro, heç-heçəyə isə 750 min avro verilir.

Türkiyə hər üç görüşdə uduzduğu üçün yarışı 9,25 milyon avro ilə başa vurub.

Mükafat fondu 371 milyon avro olan AVRO-2020 iyulun 11-də başa çatacaq. Qardaş ölkənin millisi Romadakı açılış matçında İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından İsveçrəyə 1:3 hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR