Türkiyə millisinin oyununa qadın hakim təyinat aldı

Türkiyə millisinin oyununa qadın hakim təyinat aldı

AVRO-2020-nin ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, iyunun 11-də keçiriləcək Türkiyə - İtaliya matçının hakimləri bəlli olub. Qitə çempionatının açılış qarşılaşmasını Danni Makkeli (Niderland) idarə edəcək. Onun köməkçiləri həmyerliləri Hessel Stiqstra və Yan de Vri olacaq Dördüncü hakim funksiyasını fransalı qadın yerinə yetirəcək. Bu, Stefani Frappardır. Görüşün beşinci hakimi kimi digər fransalı Mikael Berçebru təyinat alıb.

A qrupunun İtaliyanın paytaxtı Romada keçiriləcək görüşündə VAR hakimi Kevin Blom, köməkçiləri Pol van Bokel (hər ikisi Niderland), Kristian Qittelmann və Bastian Dankert (hər ikisi Almaniya) olacaq.

Matçı hakim-inspektor vəzifəsini Lutz-Mikael Frolix (Almaniya) yerinə yetirəcək. UEFA nümayəndəsi Anjelo Çetçuti (Malta) olacaq.

Türkiyə - İtaliya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR