Türkiyə və Hollandiya məğlub oldu

Türkiyə və Hollandiya məğlub oldu

Ötən gün bir neçə milli komandalar yoldaşlıq görüşündə qüvvəsini sınayıb. 

Sport7.Az-ın məlumatına görə, görüşlərdən bəziləri böyük maraqla gözlənilirdi. 

Noyabrın 16-da "Avro-2016”nın seçmə mərhələsində Qazaxıstanla qarşılaşacaq Türkiyə millisi Braziliya ilə qüvvəsini sınayıb. Fatih Terimin komandası "sambaçılar"a heç bir müqavimət göstərə bilməyiblər. "Pentakamionlar" sözüfedən matçda rəqib qapısından dörd cavbsız top keçiriblər.. 

Hollandiya yığması Meksika ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyun Şimali Amerika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Türkiyə və Hollandiyanın A qrupunda rəqibi olan İslandiya isə Belçika ilə qarşılaşıb. Bu oyunda 3 qol vuran belçikalılar görüşdən qalib ayrılıblar - 3:1. 


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR