Türkiyəli futbolçu və italiyalı qapıçı tarixə düşdü

Türkiyəli futbolçu və italiyalı qapıçı tarixə düşdü

Avropa çempionatları tarixində ilk yaşanıb.

Sport7.az xəbər verir ki, bu, AVRO-2020-nin İtaliya və Türkiyə yığmaları arasındakı açılış oyununa təsadüf edib. 53-cü dəqiqədə meydan sahiblərindən Domeniko Berardinin ötürməsindən sonra qonaq komandanın futbolçusu Merih Demiral topu öz qapısına göndərib. Bununla da qitə çempionatları tarixində birinci top avtoqolla vurulub.

İtaliya yığmasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə komandanın qolkiperi Canluici Donnarumma 22 yaş 106 günündə meydana çıxaraq, Corco Getsiyə (23 yaş 342 gün) məxsus ən gənc qapıçı göstəricisini yeniləyib. Getsi 1960-cı illərdə forma geyinib. Donnarumma "Milan"da çıxış edir.

Türkiyə millisinin hücumçusu Burak Yımaz isə 35 yaş 331 günündə meydana çıxaraq, rekorda imza atıb. Əvvəlki rekord "ay-ulduzlular"ın qapıçısı Rüştü Reçberə (35 taş 46 gün) məxsus olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR