UEFA Azərbaycana qarşı araşdırmaya başlayır

UEFA Azərbaycana qarşı araşdırmaya başlayır

UEFA Danimarka – Çexiya qarşılaşmasında yaşananlarla bağlı araşdırma aparır.

Sport7.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyun zamanı yerli stüardlarla danimarkalı azarkeşlər arasında mübahisə yaşanıb.

Mübahisəyə səbəb Danimarkadan gələn fanatın LGTB bayrağı açması olub. Stüardlar dərhal bayrağı onların əlindən alıblar. Düzdü, oyundan sonra bayraq sahiblərinə qaytarılıb.

UEFA bəyan edir ki, heç bir təşkilatçı ölkəyə LGTB bayraqlarını yığışdırmaqla bağlı tapşırıq verilməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR