UEFA-dan futbol qaydalarına mühüm dəyişiklik

UEFA-dan futbol qaydalarına mühüm dəyişiklik

UEFA səfərdə vurulan qolun üstünlüyü qaydasına dəyişiklik etmək istəyir.

Sport7.az xəbər verir ki, bu barədə "The Sun” nəşri məlumat yayıb.

Dəyişikliyə görə, səfər qolunun üstünlüyü yalnız oyunun əsas vaxtında vurulan qollara şamil ediləcək. Matçın əsas vaxtı bitdikdən sonra iki görüşün nəticəsinə görə bərabərlik halında təyin olunan əlavə vaxtda qonaqların vurduğu qol üstün sayılmayacaq.

Yeni qaydanın növbəti mövsümdən qüvvəyə minəcəyi gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR