UEFA Niderlandda keçiriləcək AÇ-nin final mərhələsi  ilə bağlı hesabat təqdim etdi

UEFA Niderlandda keçiriləcək AÇ-nin final mərhələsi ilə bağlı hesabat təqdim etdi

Futzal üzrə Avropa çempionatının final mərhələsi gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək.
 
Sport7.az xəbər verir ki, sözügedən mərhələdə iştirak edəcək 16 komandadan 15-i müəyyənləşib. Seçmə mərhələnin yekununa görə, Belarus və Serbiya yığmaları son iştirakçının kimliyini noyabrın 14-də və 17-də öz aralarında keçirəcəkləri pley-off oyunlarında müəyyənləşdirəcək. Bəs vəsiqəni təmin etmiş 15 milli komanda haqda nə bilirik?
 
UEFA seçmə qrup mərhələsi ilə bağlı hesabat hazırlayıb.
 
Azərbaycan

Vəsiqə: 3-cü qrupun qalibi
AÇ-da ən yaxşı nəticəsi: Dördüncü yer (2010)
Avro-2018-dəki nəticəsi: ¼ final
Vacib fakt: Debüt ilində yarımfinalın iştiraakçısı olması.

Bosniya və Herseqovina

Vəsiqə: İlkin mərhələdə A, seçmə mərhələdə isə 4-cü qrupun qalibi
AÇ-da ən yaxşı nəticəsi: Heç vaxt iştirak etməyib
Avro-2018-dəki nəticəsi: İştirak etməyib
Vacib fakt: İlk dəfə AÇ-nin final həyəcanı yaşayacaqlar.

Xorvatiya

Vəsiqə: 1-ci qrupun qalibi
AÇ-da ən yaxşı nəticəsi: Dördüncü yer (2012)
Avro-2018-dəki nəticəsi: İştirak etməyib
Vacib fakt: AÇ tarixində ən çox azarkeş 2012-ci ildə Zaqrebdə keçirilmiş Xorvatiya – Rusiya oyununu izləyib – 14300.

Finlandiya

Vəsiqə: 7-ci qrupun ikincisi
AÇ-da ən yaxşı nəticəsi: Heç vaxt iştirak etməyib
Avro-2018-dəki nəticəsi: İştirak etməyib
Vacib fakt: 2013-cü ildən baş məşqçi Miko Marticin rəhbərliyi altında xüsusilə də ötən il ümumi oyunların yekun nəticəsinə görə dünya çempionatının pley-off mərhələsində Serbiyaya 5:6 hesablı yenilgi və vacib oyunlardan sonra ilk uğur  

Gürcüstan

Vəsiqə: İlkin mərhələdə F qrupunun qalibi, seçmə mərhələdə isə 2-ci qrupun ikincisi
AÇ-da ən yaxşı nəticəsi: Heç vaxt iştirak etməyib
Avro-2018-dəki nəticəsi: İştirak etməyib
Vacib fakt: 2018-ci ildə AÇ-nin pley-off mərhələsinə yüksəlməsinə və səfərdə Rumıniya ilə 2:2 hesablı heç-heçə etməsinə rəğmən cavab matçında istəyinə layiq ola bilmədi.

İtaliya

Vəsiqə: 7-ci qrupun qalibi
AÇ-da ən yaxşı nəticəsi: 2 dəfə - 2003-cü və 2014-cü illərdə qalib
Avro-2018-dəki nəticəsi: Qrup mərhələsi
Vacib fakt: AÇ tarixində ilk dəfə olaraq 2018-ci ildə ən güclü 8-liyə düşə bilməyib.

Qazaxıstan

Vəsiqə: 5-ci qrupun qalibi
AÇ-da ən yaxşı nəticəsi: Üçüncü yer (2016)
Avro-2018-dəki nəticəsi: Dördüncü yer
Vacib fakt: Qazaxıstanı təmsil edən "Kayrat” klubu iki dəfə (2013 və 2015) UEFA kubokunu qazanıb
 
Niderland

Vəsiqə: Ev sahibi
AÇ-da ən yaxşı nəticəsi: Dördüncü yer (1999)
Avro-2018-dəki nəticəsi: İştirak etməyib
Vacib fakt: İkinci kimi 1989-cu ildə ilk dəfə keçirilən dünya çempionatına evsahibliyi edib

Polşa

Vəsiqə: İlkin mərhələdə C qrupunun qalibi, seçmə mərhələdə 8-ci qrupun ikincisi
AÇ-da ən yaxşı nəticəsi: Qrup mərhələsi (2001, 2018)
Avro-2018-dəki nəticəsi: Qrup mərhələsi
Vacib fakt: 2018-ci ildə AÇ-nin final mərhələsinin ilk matçında Rusiya ilə 1:1 hesablı heç-heçə edib. Miçal Kubik sona 9 saniyə qalmış status-kvonu bərpa edib.

Portuqaliya (son qalib)

Vəsiqə: 8-ci qrupun qalibi
AÇ-da ən yaxşı nəticəsi: Qalib (2018)
Avro-2018-dəki nəticəsi: Qalib
Vacib fakt: Əlavə vaxtda İspaniyanı məğlub edərək ilk titulunu qazanıb.

Rusiya

Vəsiqə: 2-ci qrupun qalibi
AÇ-da ən yaxşı nəticəsi: Qalib (1999)
Avro-2018-dəki nəticəsi: Üçüncü yer
Vacib fakt: 2005-2016-cı illər aralığında keçirilmiş 7 finalın 5-də iştirak edib.

Slovakiya

Vəsiqə: 3-cü qrupun ikincisi
AÇ-da ən yaxşı nəticəsi: Yoxdur
Avro-2018-dəki nəticəsi: İştirak etməyib
Vacib fakt: AÇ-2014 və 2016-nın pley-off oyunlarında iştirak edib (Yeri gəlmişkən, 2015-ci ildə bu komandanın final mərhələsinə yolunu Azərbaycan millisi bağlayıb. Bakıdakı görüşdə 3:1 hesabı ilə qalib olan komandamız səfərdə 1:1 edib).

Sloveniya

Vəsiqə: 6-cı qrupun ikincisi
AÇ-da ən yaxşı nəticəsi: ¼ final
Avro-2018-dəki nəticəsi: ¼ final
Vacib fakt: 2018-ci ildə AÇ-nin final mərhələsinə evsahibliyi edib

İspaniya

Vəsiqə: 6-cı qrupun qalibi
AÇ-da ən yaxşı nəticəsi: 7 dəfə Avropa çempionu (1996, 2001, 2005, 2007, 2010, 2012, 2016)
Avro-2018-dəki nəticəsi: Finalçı
Vacib fakt: Futzalda Avropanın hegemonu olan İspaniya bu qitədən dünya çempionu (2004, 2008) titulunu qazanmış yeganə millidir. 

Ukrayna

Vəsiqə: 1-ci qrupun ikincisi kimi
AÇ-da ən yaxşı nəticəsi: Finalçı (2001, 2003)
Avro-2018-dəki nəticəsi: ¼ finalçı
Vacib fakt: Son 5 qitə birinciliyinin ¼ finalçısı
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR