Uilson və De Hea mükafatçılar sırasında

Uilson və De Hea mükafatçılar sırasında

İngiltərənin şimal-qərb futbol assosiasiyası 2014-cü ilin nəticələrinə əsasən, tərtib etdikləri mükafatlar üçün namizədlərin siyahısını açıqlayıb.


Sport7.Az xəbər verir ki, David De Hea "Premyer Liqanın ən yaxşı oyunçusu” mükafatına namizədlərdən biridir. "Mançester Yunayted”in qapıçısından başqa bu mükafata "Everton”dan Koulmen, "Mançester Siti”dən Yaya Ture və "Liverpul”dan Rahim Sterlinq də iddialıdırlar.


"Yüksələn ulduz” mükafatına isə "Mançester Yunayted”dən Ceyms Uilson namizəddir. Gənc hücumçu ilə bu mükafat uğrunda "Everton”dan Ross Barkli, "Mançester Siti”dən Markos Lopes, "Blekbern”dən Tom Kerni, "Preston”dan Coş Braunhill və "Liverpul”dan Cordan Rossiter mübarizə aparırlar.


Qeyd edək ki, səsvermə artıq dayandırılıb və 18 noyabrda nəticələr açıqlanacaq.

Sport7.Az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR