Uruqvalı ulduz 25 il sonra rekordu təkrarladı

Uruqvalı ulduz 25 il sonra rekordu təkrarladı

"Mançester Yunayted"in futbolçusu Edinson Kavani avrokuboklarda uğura imza atıb.

Sport7.az xəbər verir ki, uruqvaylı hücumçu yarımfinal mərhələsinin hər iki görüşündə 25 ildən sonra dubl edən ilk oyunçu olub. Bu, Avropa Liqasında İtaliya "Roma"sı ilə qarşılaşmalara təsadüf edib. Daha əvvəl 1985/1986 mövsümündə UEFA Kubokunun yarımfinal mərhələlərində Klaus Allofsun qolları Almaniya "Köln"ünün "Real"ı üstələməsinə yardımçı olub.

Bu mövsüm Kavani "Mançester Yunayted"in heyətində bütün yarışlarda 34 oyuna çıxıb. 34 yaşlı futbolçu 14 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun "qırmızı şeytanlar"la müqaviləsi iyunun 30-da başa çatır.

"Mançester Yunayted" "Roma"nı evdə 6:2, səfərdə 3:2 hesabı ilə yenib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR