Vüsalə Kazımovaya yeni təyinat

Vüsalə Kazımovaya yeni təyinat

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımovaya ilk dəfə etimad göstərib.
 
Sport7.az federasiyanın feyzbuk səhifəsinə istinadən xəbər verir ki, həmyerlimiz qadın voleybolçular arasında Qızıl Avropa Liqasının final mərhələsinin oyunlarına təyinat alıb. 

Kazımova 19-20 iyun tarixlərində Bolqarıstanın Ruse şəhərində keçirilən oyunlara Avropa Voleybol Konfedrasiyasının (CEV) Tibbi nümayəndəsi olaraq nəzarət edəcək. 

Qeyd edək ki, Qızıl Avropa Liqasının final mərhələsində İspaniya, Xorvatiya, Çexiya və ev sahibi Bolqarıstan milli komandaları mübarizə aparacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR