Xavi ən yaxşı baş məşqçi adına layiq görüldü

Xavi ən yaxşı baş məşqçi adına layiq görüldü

Qətər klubu "Əl-Sədd"in baş məşqçisi Xavi ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Sport7.az xəbər verir ki, komandasını məğlubiyyətsiz çempion edən ispaniyalı mütəxəssis ölkə kubokuna da sahib çıxıb. "Əl-Sədd"in yarımmüdafiəçisi Santi Kasorla isə mövsümün futbolçusu seçilib. İspaniyalı oyunçu meydana çıxdığı 20 görüşdə 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xavi 2019-cu ildən "Əl-Sədd"in sükanı arxasındadır. Onun 2023-cü ilədək müqaviləsi var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR