Xəyallar Budapeşt, gerçəklik Buxarest!

Xəyallar Budapeşt, gerçəklik Buxarest!

Fransa – Macarıstan qarşılaşmasını izləmək üçün yola çıxan 6 fransız azarkeşin başına çox qəribə hadisə gəlib.

Sport7.az xəbər verir ki, milli komandalarına dəstək vermək məqsədiylə stadiona bilet alan azarkeşlər sonradan görüşü televiziyadan izləmək məcburiyyətində qalıblar.

Belə ki, onlar Macarıstanın paytaxtı Budapeştlə Rumıniyanın paytaxtı Buxaresti dəyişik salıblar. Budapeşt əvəzinə Buxarestə uçan fransızlar səhvə yol verdiklərini gec başa düşüblər. Ukraynalı azarkeşlərin əhatəsində stadionun yolunu tutan 6 nəfər yalnız stadiona çatdıqdan sonra başa düşüblər ki, gəldikləri yerdə onların milli komandası oynamır.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR