"Xəzər Lənkəran" 5 əskiklə çalışır - FOTOLAR

Seçmə mərhələsi çərçivəsində milli komandanın keçirəcəyi oyunla əlaqədar Premyer Liqada yaranan fasilədə "Xəzər Lənkəran” tam heyətlə hazırlaşa bilmir. 

Sport7.Az xəbər verir ki, millinin toplanışında Rahid Əmirquliyev, Rauf Əliyev və Rasim Ramaldanovla yanaşı, U-19-un heyətinə dəvət olunan 17 yaşlı Elnur Cəfərov  və öz ölkəsinin millisinə çağırılan Alfred Sanko "Xəzər Lənkəran”ın məşqlərinə qatılmırlar.  

Əvəzində isə əvəzedici heyətdən gətirilən bir neçə futbolçu əsas heyətin hazırlıqlarında iştirak edir. Məşqlərdə əzmkarlıqla çalışan "Xəzər Lənkəran”ın gənc yetirmələri ələ düşən şansdan maksimum səmərəli istifadə etməkdə həvəslidirlər.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR