"Yaxşı oyun göstərib qalib gəlmək istəyirik" - Millimizin futbolçusu

Bu gün Kişinyovda keçiriləcək Moldova -  Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin üzvü Azər Salahlı  fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, futbolçu bunları söyləyib: "Sabah bizi ağır oyun gözləyir. Moldova yığması çox yaxşı komandadır. Buna baxmayaraq, oyuna yaxşı hazırlaşmışıq. Moldovanın oyunlarını analiz etmişik. Baş məşqçi rəqibin oyunlarını izləyib. Bizi bu barədə məlumatlandırıb. Yoldaşlıq oyunları olmasına baxmayaraq, bizim üçün çox vacibdir. Sabahkı oyunda da yaxşı oyun göstərib qalib gəlmək istəyirik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR