Yığmamız Avropa çempionatında 4-cü oldu

Yığmamız Avropa çempionatında 4-cü oldu

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona çatıb.

Sport7.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə çıxış edən yunan-Roma güləşçilərimiz 4 medal qazanııb. Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Qurban Qurbanov (63 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (72 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Avropa çempionatına 9 idmançıyla yollanan millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 99 xal toplayıb. Yığmamız bu nəticəylə Avropa çempionatında 4-cü yeri tutub. Komandamız 3-cü pillədə qərarlaşan Türkiyədən cəmi 1 xal geri qalıb. Gürcüstan (154) birinci, Rusiya (118) isə ikinci olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR