"Yuventus" Bavariya"nın futbolçusunu istəyir

"Yuventus" Tolissonu rənglərinə bağlaya bilər.
 
Sport7.az xəbər verir ki, klub artıq bununla bağlı "Bavariya"ya müraciət edib. Bununla yanaşı italyanlar yarımmüdafiə xəttini gücləndirmək haqda düşünür. Klub üçün ilk prioritet "Sassuolo"nun 23 yaşlı italiyalı futbolçusu Manuel Lokatellidir. Lakin baş məşqçi Massimiliano Alleqrinin razılıq verməsinin ardından klub rəhbərliyi Münhen təmsilçisi Tolissonun mümkün transferilə bağlı danışıqlar aparıb. 

"Yuventus" rəhbərliyi futbolçu hələ "Lion"da çıxış etdiyi dövrdən - 2017-ci ildən onunla maraqlanırdı, lakin o zaman Tolisso Münhen təmsilçisi ilə razılığa gəlmişdi. Hətta ötən il də "Yuventus" rəhbərliyi  Tolisso ilə bağlı müzakirələr aparmışdılar.
 
Fransalının klubu ilə olan müqaviləsi gələn yay başa çatacaq. O, ötən mövsüm Bundesliqada 16 oyun keçirib, 1 qola imza atıb. Futbolçu hal-hazırda Avro-2020 çərçivəsində Fransa millisinin düşərgəsindədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR