"Yuventus" İtaliya millisinin futbolçusunu istəyir

İtaliya millisinin 23 yaşlı yarımmüdafiəçisi Manuel Lokatelli cari yay transfer dönəmində "Yuventus"a transfer oluna bilər.
 
Sport7.az xəbər verir ki, "Yuventus" bu keçidi reallaşdırmaqda qərarlıdır. "Qoca sinyora" qarşı tərəfə rəsmi təklif irəli sürməyə hazırlaşır. Turinlilər Lokatelli üçün 30 milyon avro və 19 yaşlı rumıniyalı müdafiəçiləri Radu Draquşini təklif edəcəklər. 
 
"Sassuolo" rəhbərliyi öz futbolçusunu 40 milyon avro dəyərində qiymətləndirir və onun Avro-2020-də İtaliya millisinin heyətindəki parlaq çıxışları fonunda transferi barədə tələsik qərarlar vermək istəmir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR