Zidan məğlubiyyətə şərh verdi

Zidan məğlubiyyətə şərh verdi

İspaniya La Liqasının XVIII turunda keçirilən "Sevilya" - "Real" oyunundan Madrid klubu 1:2 hesabı ilə məğlub olub. 

Sport7.az xəbər verir ki, görüşdən sonra "Real"ın baş məşqçisi Zinəddin Zidan matç haqda fikirlərini səsləndirib. 

"Biz özümüzü nə vaxtsa məğlub olacağımıza hazırlamışdıq. 85-ci dəqiqəyə qədər üstün olub, sonradan uduzmaq pis təsir edir. Ancaq mən yenə də futbolçularımla fəxr edirəm. "Sevilya" əla komandadır. Bizə ağır idi. Futbolçularım bu məğlubiyyəti unudub irəli addımlamalıdırlar.  Serxio Ramosun avtoqolundan sonra heçnə dəyişməyib. O, yenə də klubun lideridir ", deyə Zidan şərh verib. 

Qeyd edək ki, 17 matçdan sonra 40 xalı olan "Real" turnir cədvəlinə başçılıq edir. 

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR