"Zirə" stadiona gecikdiyi, Məqsəd meydandan qovulduğu üçün cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Premyer Liqanın 22-ci turunda keçirilən matçlarda yol verilən qayda pozuntularına dair aşağıdakı qərarlar qəbul edilib.
 
10.04.2021-ci ildə Premyer Liqanın XXII turunun "Qəbələ” – "Neftçi” oyununda "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
10.04.2021-ci ildə Premyer Liqanın XXII turunun "Sabah” – "Səbail” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
10.04.2021-ci ildə Premyer Liqanın XXII turunun "Sabah” – "Səbail” oyununda "Səbail” klubunun 28 nömrəli futbolçusu Məqsəd İsayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
 
11.04.2021-ci ildə Premyer Liqanın XXII turunun "Zirə” – "Keşlə” oyununda "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
11.04.2021-ci ildə Premyer Liqanın XXII turunun "Zirə” – "Keşlə” oyununda "Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunur. (madə 54)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR